Yuxarı

Nikola Yurçeviç Azərbaycan millisinin heyətini açıqlayıb

Nikola Yurçeviç Azərbaycan millisinin heyətini açıqlayıb

Futbol üzrə Azərbaycan milli komandasının AVRO-2020-non seçmə mərhələsində Uels və Slovakiya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. 

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç son matçlar üçün 24 futbolçuya dəvət göndərib. “Keşlə”nin yarımmüdafiəçisi Vüsal İsgəndərli ilk dəfə yığmaya çağrılıb.

AD, SOYAD KLUB
1 Səlahət Ağayev Neftçi
2 Emil Balayev Tobol (Qazaxıstan)
3 Mehdi Cənnətov Sumqayıt
4 Maksim Medvedev Qarabağ
5 Bədavi Hüseynov Qarabağ
6 Abbas Hüseynov Qarabağ
7 Şəhriyar Əliyev Sumqayıt
8 Anton Krivotsyuk Neftçi
9 Pavel Paşayev Oleksandriya (Ukrayna)
10 Şəhriyar Rəhimov Səbail
11 Təmkin Xəlilzadə Sabah
12 Bəhlul Mustafazadə Sabah
13 Qara Qarayev Qarabağ
14 Riçard Almeyda Qarabağ
15 Emin Mahmudov Neftçi
16 Dmitri Nazarov Erzgebirge Aue (Almaniya)
17 Cavid Hüseynov Zirə
18 Eddi İsrafilov Albasete (İspaniya)
19 Ağabala Ramazanov Səbail
20 Araz Abdullayev Qarabağ
21 Ramil Şeydayev Dinamo (Moskva, Rusiya)
22 Rüfət Dadaşov Proysen Münster (Almaniya)
23 Renat Dadaşov Pakuş de Fereyra (Portuqaliya)
24 Vüsal İsgəndərli Keşlə

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavadakı Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Oyunlara hazırlıq məqsədilə noyabrın 11-dən 16-dək Bakıda, 17-dən 19-dək isə Slovakiyada təlim-məşq toplanışı keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi