Yuxarı
    Bağlamaq

    Niko Kovaç: "Azərbaycan milli komandası zəif rəqib deyil"

    Amma hər şey bizim necə çıxışımızdan asılı olacaq

    Bakı. 2 sentyabr. REPORT.AZ/ "Sabahkı oyunu Prosineçki və Kovaç dueli kimi qələmə vermək olmaz. Biz birgə oynamışıq və indi baş məşqçiyik. Meydanda 11 xorvat və 11 azərbaycanlı olacaq". "Report"un məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Niko Kovaç deyib.

    O, AVRO-2016-nın seçmə qrup mərhələsində sabah Azərbaycan yığması ilə keçiriləcək qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında bildirib ki, Robert Prosineçkinin Azərbaycana gəlişindən sonra yığmada dəyişikliklər olub: "Müdafiədə daha nizamlı, sıx oynayırlar. Hücum qurulan zaman pərakəndə şəkildə top vurulmur və arxadan qısa ötürmələrlə hücum qurulur. Sabahkı oyun bizim üçün çətin olacaq. Çünki Azərbaycan son iki oyunda yaxşı çıxış edib və komandanın özünə inamı qayıdıb. Baxmayaraq ki, Azərbaycan milli komandası zəif rəqib deyil, amma hər şey bizim necə çıxışımızdan asılı olacaq".

    Baş məşqçi komandasına inandığını deyib: "Həmişə optimist olmuşam. Komandadan çox şey asılıdır. Üç xal qazanacağımız təqdirdə final mərhələsinə vəsiqə qazanacağıq. Üçdən çox qol vura bilsək, deyəcəm sonadək oynasınlar. Mən Xorvatiyanın baş məşqçisi olandan sonra komanda daha çox qol vurub. Azarkeşlər də qola görə stadiona gəlirlər. İlk dəqiqədən sonadək oynamaq lazımdır".

    Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya görüşü sabah saat 21:00-da start götürəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi