Yuxarı

Neymar Braziliyada əməliyyat olunacaq

Neymar Braziliyada əməliyyat olunacaq

Bakı. 1 mart. REPORT.AZ/ Fransanın PSJ klubunun və Braziliya yığmasının futbolçusu Neymar bu həftə vətənində əməliyyat olunacaq.

"Report" PSJ klubunun mətbuat xidmətinə istinadən bildirir ki, bununla bağlı qərarı Paris klubunun və Braziliya millisinin həkimləri qəbul ediblər.

26 yaşlı futbolçunu Braziliya yığmasının həkimi Rodriqo Lasmar əməliyyat edəcək. Ona PSJ-dən olan müətəxssis Jerar Selen kömək edəcək. 

Neymar Fransa çempionatının 27-ci matçında, "Marsel"lə oyunun 77-ci dəqiqəsində dabanından xəsarət alıb. O, oyunu xərəkdə tərk edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi