Yuxarı

Neymar Braziliya milli komandasında məşqlərə başlayıb

Neymar Braziliya milli komandasında məşqlərə başlayıb

Bakı. 23 may. REPORT.AZ/ Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar milli komanda ilə birgə məşqlərə start verib.

"Report"un məlumatına görə, 26 yaşlı hücumçu yığmadakı komanda yoldaşları Qabriel Jesus və Danilo ilə birgə məşq edib. 

Neymar bərpaedici ayağından istifadə edərək maneələrdən keçib və yaxın məsəfadən qapıya zərbələr endirib. 

Onun Rusiyada keçiriləcək dünya çempionatına kimi tam hazır olacağı ehtimal olunur. Braziliyalı forvardın iyunun 3-də Xorvatiya ilə keçiriləcək yoldaşlıq oyununda da meydanda olması gözlənilir. 

Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulub. Futbolçu daha sonra əməliyyat olunub. Neymar cari mövsümdə PSJ-nin heyətində 30 oyunda iştirak edib və 29 qol vurmaqla yanaşı, 19 məhsuldar ötürmə verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi