Neymar 10 həftə müddətinə sıradan çıxıb

Neymar 10 həftə müddətinə sıradan çıxıb PSJ-nin hücumçusu əməliyyat olunmayacaq
Futbol
30 Yanvar , 2019 16:08
Neymar 10 həftə müddətinə sıradan çıxıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Fransa PSJ-sinin futbolçusu Neymar 10 həftə müddətinə yaşıl meydanlardan kənarda qalacaq. 

"Report"un məlumatına görə, bu barədə klubun braziliyalı hücumçunun zədəsi barədə yaydığı açıqlamada bildirilir.

Rəsmi açıqlamada vurğulanır ki, həkimlərlə məsləhətləşmələrdən sonra əməliyyatın olunmamasına və konservativ müalicə ilə kifayətlənməyə dair qərar qəbul edilib. Neymarın dönüşünün 2,5 aydan sonra gerçəkləşəcəyi diqqətə çatdırılıb. Futbolçunun özünün də tövsiyələrlə tanış olduğu və seçilmiş bərpa üsuluna razılıq verdiyi bəyan edilib. 

Qeyd edək ki, Neymar Fransa Kubokunda "Strasburq"la görüş zamanı xəsarət alıb. "Sambaçı"ya sağ ayaq sümüyünün sınığı diaqnozu qoyulub. O, belə bir zədəni ötən mövsüm də alıb və 3 aydan çox oynamayıb. 27 yaşlı forvard PSJ-yə İngiltərənin "Mançester Yunayted" klubu ilə Çempionlar Liqasının 1/8 final oyunlarında kömək edə bilməyəcək. 

Son xəbərlər

Orphus sistemi