"Zenit"in yetirməsi: "Neftçi"ni üstələmək xoşdur"

"Zenit"in yetirməsi: "Neftçi"ni üstələmək xoşdur" Bakı. 19 dekabr. REPORT.AZ/ “Ağır oyun oldu. “Neftçi” yaxşı rəqibdir. Açığı, hesaba oynayırdıq. Əks-hücumlarda irəli getməyə çalışırdıq. Minimal hesabla uduzsaq da, ilk görüşdəki 2:0 hesablı qələbə sayəsində mərhələ adladıq.
Futbol
19 Dekabr , 2018 23:18
Zenitin yetirməsi: Neftçini üstələmək xoşdur

Bakı. 19 dekabr. REPORT.AZ/ “Ağır oyun oldu. “Neftçi” yaxşı rəqibdir. Açığı, hesaba oynayırdıq. Əks-hücumlarda irəli getməyə çalışırdıq. Minimal hesabla uduzsaq da, ilk görüşdəki 2:0 hesablı qələbə sayəsində mərhələ adladıq".

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Aleksey İsayev evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.

Rusiya "Zenit"inin yetirməsi jurnalistlərin digər suallarını da cavablandırıb:

- Öz oyununuzu necə qiymətləndirirsiniz?

- Ola bilər ki, yaxşı bərpa olunmamışdım. Bu üzdən, ilk yarıda özümü o qədər də meydanda hiss etmirdim. Fasilədən sonra bir az özümə gəldim. İlk yarıda bərbad oynamışdımsa, ikincidə nisbətən yaxşı çıxış etdim. Artıq qış fasiləsidir. Evdə, ailənin yanında yaxşı dincəlib, sonra yolumuza davam edəcəyik.

- Qol buraxandan sonra komandanızda narahatlıq var idimi ki, rəqib daha bir dəfə fərqlənə bilər?

- Yox, açığı, xüsusi narahatlıq yox idi. Hamımız dərk edirdik ki, qalib gəlməliyik. İki oyunun yekununda da qələbə qazandıq. “Neftçi” yaxşı komandadır. Bu rəqibə də ən yaxşısını arzulayıram.

- Matçdan sonra soyunub-geyinmə otağında qələbəni bayram edirdiniz. Səs-küy kənarda da eşidilirdi...

- Əlbəttə, çempionatın liderini üstələmək xoşdur. Futbolçular bütün qüvvələrini meydanda qoydular. Bunun qarşılığında emosiyaların da belə olması normaldır. Bütün komandanı, personalı təbrik edir, “əhsən” deyirəm.

- Belə demək olar ki, kubokda ən yüksək vəzifələr üçün mübarizə aparacaqsınız?

- Əlbəttə. Biz çempionat və kubokda ən yüksək vəzifələri təxirə salmamışıq. Həmişə oyuna qələbə üçün çıxırıq. Yekunda necə olacağı isə sonda bilinəcək.

- Yarımfinalda rəqibiniz “Zirə”dir...

- Yaxşı komandadır. İki dəfə görüşmüşük. Hərəmiz bir dəfə qalib gəlmişik. Oyunlara ciddi hazırlaşacağıq. Qış toplanışında öz üzərimizdə çalışacağıq.

- Mövsümün ilk yarısını aktivinizə yazmaq olar?

- Mən özünütənqidə üstünlük verirəm. Həmişə ən yaxşıya can atıram. Daha yaxşı oynaya bilərəm. İki ildə çox şey baş verib. Bütün bunlar məndə qalacaq. Qayıdacağam, ən yaxşı formamı bərpa edəcəyəm. Daha da yaxşı oynayıb, yalnız irəliyə doğru gedəcəyəm.

- Azərbaycan Kubokunun yarımfinalını karyeranızın zirvə nöqtəsi saymaq olar, yoxsa nə vaxtsa belə uğurunuz olub?

- Yarımfinala çıxmamışdım. Rusiyada “Yenisey”lə Premyer Liqaya yüksəlmişdim. Bunu karyeramın ən böyük uğuru sayıram. Lakin düşünürəm ki, böyük nailiyyətlərim hələ irəlidədir.

- “Sumqayıt”la, yoxsa..?

- Həm “Sumqayıt”la, həm də gələcəkdə.

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

Son xəbərlər

Orphus sistemi