"Neftçi" və "Keşlə"nin futbolçuları hakimi təhqir etdikləri üçün 5 oyunluq cəza aldılar

"Neftçi" və "Keşlə"nin futbolçuları hakimi təhqir etdikləri üçün 5 oyunluq cəza aldılar AFFA aşağı liqalarda hakimləri təhqir edən və fiziki təzyiq göstərənlərlə bağlı qərarlarını açıqlayıb.
Futbol
25 Fevral , 2020 16:24

AFFA aşağı liqalarda hakimləri təhqir edən və fiziki təzyiq göstərənlərlə bağlı qərarlarını açıqlayıb.

"Report"un məlumatına görə, Region Liqasında "İmişli"nin futbolçusu Elxan Məmmədov "Şamaxı" ilə matçda hakimə qeyri-etik ifadələr işlətdiyi üçün 4 oyunluq cəza alıb.

"Şamaxı"nın oyunçusu Rəhman Musayev də eyni səbəbdən 4 oyunu buraxacaq.

U-17 Liqasında "Keşlə"nin futbolçusu Azər Fərmanov baş hakimə fiziki təsir göstərib, bunun üçün 5 matçlıq cəzaya məruz qalıb. U-15 Liqasında isə "Neftçi" İK İB-nin köməkçi məşqçisi hakimə qarşı nalayiq ifadələr işlədib. Qırmızı vərəqə alan mütəxəssisə 5 oyunluq cəza verilib.

U-14 Liqasında “Azəri” TİM-in oyunçusu Orxan Verdiyev, U-13 Liqasında “Şəmkir” Gİİ UGİM-in futbolçusu Əhmədov Əli, U-11 Liqasında isə "Zirə"nin baş məşqçisi Manaf Kələntərli hakimi təhriq ediblər. Hər üç şəxs 3 oyunluq cəza alıb.  

Son xəbərlər

Orphus sistemi