"Neftçi" uzun fasilədən sonra hazırlığa başladı

"Neftçi" uzun fasilədən sonra hazırlığa başladı Koronavirus pandemiyasının (COVID-19) yayılması səbəbindən ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar olaraq, martın 14-də fəaliyyətini müvəqqəti dayandırmış Neftçi” bu gün tam fəaliyyətə başlayıb.
Futbol
1 İyun , 2020 20:04
Neftçi uzun fasilədən sonra hazırlığa başladı

Koronavirus pandemiyasının (COVID-19) yayılması səbəbindən ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar olaraq, martın 14-də fəaliyyətini müvəqqəti dayandırmış "Neftçi” bu gün tam fəaliyyətə başlayıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, komanda məşqləri bərpa edib.

"Ağ-qaralar” "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.

Qeyd edək ki, "Neftçi” uzun fasilədən sonra Premyer Liqada ilk oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi