Yuxarı

"Neftçi" Avropa Liqasına hazırlığın Türkiyə mərhələsinə başlayıb

"Neftçi" Türkiyədə

"Neftçi" komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə gedib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" iyulun 1-dək Topuk yaylası bölgəsindəki "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq. Flaqman qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-də, 25-də və 30-da baş tutacaq.

Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər hələlik müəyyənləşməyib.

Səfər öncəsi klub Rauf Əliyev, Voislav Stankoviç və yarım ildən sonra Cənubi Koreya "Dequ"sundan geri qayıdan Dario Frederikonu transfer edib. 

Qeyd edək ki, "Neftçi" xaricdə toplanışa başlayan ilk Azərbaycan klubu olub. "Ağ-qaralar" 2019/2020 mövsümündə də Avropa Liqasında mübarizə aparacaqlar. I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi