"Neftçi" "Real Betis"in sabiq futbolçusu ilə müqavilə imzalayıb

"Neftçi" "Real Betis"in sabiq futbolçusu ilə müqavilə imzalayıb İqnasio Herrera 1 il komandanın uğurları üçün çalışacaq
Futbol
3 Yanvar , 2017 22:47
Neftçi Real Betisin sabiq futbolçusu ilə müqavilə imzalayıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Bakının “Neftçi” klubu transfer işlərini davam etdirir.

"Report" klubun rəsmi saytına istinadən məlumat verir ki, komanda bu dəfə Çilidən olan hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə imzalayıb.

Sonuncu komandası Qazaxıstanın “İrtış” klubu olmuş 29 yaşlı futbolçu indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike” və İspaniyanın “Real Betis” B klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi