Yuxarı

"Neftçi"-"Qarabağ" oyunu zamanı işıqlar sönüb - FOTO

Hadisə Bakcell Arenada baş verib

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Neftçi"-"Qarabağ" matçında işıqlar sönüb.

"Report" xəbər verir ki, hadisə "Bakcell Arena"da birinci hissədən sonra yaranan fasilə zamanı baş verib.

Stadion 15 dəqiqə ərzində qaranlıqda qalıb. Hazırda texniki nasazlıq aradan qaldırılıb. İkinci hissə nəzərdə tutulan vaxtdan bir qədər gec başlayıb.

Oyunda hesab 1:0-dır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi