"Neftçi" "Qarabağ"la oyunun hazırlığına start verib

"Neftçi" "Qarabağ"la oyunun hazırlığına start verib Bakı. 21 avqust. REPORT.AZ/ “Neftçi” Azərbaycan Premyer Liqasının III turunda qarşılaşacağı Qarabağ”la oyunun hazırlığına start verib.
Futbol
21 Avqust , 2018 13:35
Neftçi Qarabağla oyunun hazırlığına start verib
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ “Neftçi” Azərbaycan Premyer Liqasının III turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığına start verib.

"Report"un məlumatına görə, ötən tur “Qəbələ” ilə matçdan (2:1) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib.

Hazırlıq prosesində Ruslan Abışov və ayağında yüngül ağrılar hiss edən Soni Mustivar iştirak etməyib. Müalicəsini başa vuran Rəşad Eyubov və “Qəbələ” ilə oyundan sonra yüngül zədəsi olan Məhəmməd Mirzəbəyov isə komandadan ayrı məşq ediblər. Hazırlıq prosesi sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, avqustun 26-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlayacaq. “Ağ-qaralar” 2 turdan sonra 6 xalla vahid liderdir.

Son xəbərlər

Orphus sistemi