“Neftçi”nin yeni futbolçusu: “Texniki cəhətdən çox yüksək kollektivimiz var” - VİDEO

“Neftçi”nin yeni futbolçusu: “Texniki cəhətdən çox yüksək kollektivimiz var” - VİDEO “O vaxtdan "Neftçi”ni tanıyıram”
Futbol
4 Avqust , 2017 11:38
“Neftçi”nin yeni futbolçusu: “Texniki cəhətdən çox yüksək kollektivimiz var” - VİDEO

Bakı. 4 avqust. REPORT.AZ/ "Təbii ki, "Neftçi” haqqında məlumatım var idi. Yaşadığım şəhər Zaqrebi təmsil edən "Dinamo” 5-6 il bundan əvvəl Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində bu komanda ilə üz-üzə gəlmişdi. Həmin dövrdən "Neftçi”ni tanıyıram”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin yeni futbolçusu Mateo Mujek klubun rəsmi televiziyasına açıqlamasında deyib.

İyirmi iki yaşlı xorvatiyalı müdafiəçi bildirib ki, paytaxt təmsilçisi ilə bağlı təəssüratı yaxşıdır: “Texniki cəhətdən çox yüksək kollektivimiz var. Bu komanda əvvəl çıxış etdiyim çempionatdan daha yüksək səviyyədə olan Azərbaycan Premyer Liqasında mübarizə aparır. Komanda yoldaşlarım çox yaxşıdırlar və heç vaxt öz köməyini məndən əsirgəmirlər. Buna görə də məni hər şey qane edir. Hazırda "Neftçi”dəyəm və yalnız bunu düşünürəm. Gələcəkdə nə olacağına baxarıq”.

Qeyd edək ki, Mateo Mujek Sloveniyanın “Rudar” klubundan “Neftçi”yə keçib. Onunla 2 illik müqavilə bağlanılıb.

Son xəbərlər

Orphus sistemi