“Neftçi”nin sabiq qapıçısı karyerasını yenidən Azərbaycanda davam etdirə bilər

“Neftçi”nin sabiq qapıçısı karyerasını yenidən Azərbaycanda davam etdirə bilər Tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir
Futbol
12 İyun , 2018 17:50
“Neftçi”nin sabiq qapıçısı karyerasını yenidən Azərbaycanda davam etdirə bilər

Bakı. 12 iyun. REPORT.AZ/ “Neftçi” klubunun sabiq qapıçısı Saşa Stamenkoviç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

“Report”un əldə etdiyi məlumata görə, 33 yaşlı serbiyalı qolkiperlə Premyer Liqanın debütantı "Sabah" klubu maraqlanır. Hətta tərəflər arasında ilkin razılığın əldə olunduğu da bildirilir. 

Məlumatı "Report"a açıqlamasında paytaxt komandasının baş məşqçisi Elşad Əhmədov da təsdiqləyib. O deyib ki, təcrübəli oyunçu ilə danışıq aparılsa da, hələlik məsələ açıq qalır: “Bəli, belə bir məsələ var, amma hələlik söhbət olaraq qalıb. Saşanın transferi ilə bağlı dəqiq bir söz deyə bilmərəm”.

Qeyd edək ki, Saşa Stamenkoviç "Neftçi"də 2011 – 2015-ci illərdə forma geyinib. O, iki dəfə Azərbaycan çempionu və ölkə kubokunun sahibi olub. Serbiyalı qapıçı 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib. Stamenkoviçin son klubu Qazaxıstanın I Divizonunda çıxış edən “Okjetpes” olub. O, komandanı yanvarda tərk edib. 

Son xəbərlər

Orphus sistemi