"Neftçi"nin rəqibi yayda 3 legioner transfer edib

"Neftçi"nin rəqibi yayda 3 legioner transfer edib Neftçi UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail Kubokunun qalibi Bney Yehuda ilə qarşılaşacaq.
Futbol
2 Avqust , 2019 16:10
Neftçinin rəqibi yayda 3 legioner transfer edib

"Neftçi" UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail Kubokunun qalibi "Bney Yehuda" ilə qarşılaşacaq. 

"Report"un məlumatına görə, ölkəsində "qızıllar" ləqəbi lə tanınan kollektiv klubu 1936-cı ildə yaranıb və yüksək liqada 1959-cu ildə debüt edib. Təl-Əviv komandası uğursuz çıxış etdiyindən, iki mövsüm sonra aşağı liqaya düşüb, 1965-ci ildə isə yenidən elitaya qayıdıb. "Bney Yehuda" 1972 - 1978-ci illərdə iki dəfə II Diviziona yuvarlanıb və iki dəfə geri qayıdıb.

İsrail klubuna 49 yaşlı mütəxəssis Yossi Abukasis rəhbərlik edir. O, 2017-ci ildən bu klubun uğurları üçün çalışır. Təl-Əviv təmsilçisinin prezidenti isə Barak Abramovdur. "Bney Yehuda" daxili yarışlarda ev oyunlarını Tel Əvivdə yerləşən 13.370 azarkeş tutumuna malik Ramat Qan stadionunda keçirir.

"Qızıllar" yalnız 1989/1990 mövsümündə ölkə çempionu olub. Komanda 1967/1968, 1980/1981, 2016/2017 və son olaraq 2018/2019 mövsümündə ölkə kubokuna yiyələnib. Klub məhz ölkə kubokunu qazandığı üçün Avropa Liqasına vəsiqəni təmin edib.

XX əsrdə qazanılan uğurlara rəğmən, israillilər UEFA turnirlərində iştirak edə bilməyib. Buna səbəb ölkənin Asiya Futbol Konfederasiyasında yer alması olub.

İsrail klubu tarixində ikinci dəfə UEFA Avropa Liqasında Azərbaycan təmsilçisinə rəqib olub. Komanda 2009/2010 mövsümündə I təsnifat mərhələsində hər iki görüşdə "Simurq"u məğlub edib. Klubun avrokuboklardakı ən böyük nailiyyəti məhz həmin mövsüm baş tutub. "Qızıllar" Avropa Liqasında "pley-off" mərhələsinə kimi irəliləyib, lakin hər iki görüşdə Hollandiya PSV-sinə uduzub - 0:1, 0:1.

"Bney Yehuda" yay transfer pəncərəsində braziliyalı müdafiəçi Luis Drazio, nigeriyalı hücumçu Filip Azanqo və isveçrəli müdafiəçi Alban Pnişini heyətinə cəlb edib.

Qeyd edək ki, "Neftçi" ilk oyunu avqustun 8-də "Bakcell Arena"da, cavab görüşünu isə avqustun 15-də Təl-Əvivdəki Ha Moşava stadionunda keçirəcək. 
 

Son xəbərlər

Orphus sistemi