"Neftçi"nin prezidenti: "Biz müharibəni yox, sadəcə bir döyüşü udmuşuq"

"Neftçi"nin prezidenti: "Biz müharibəni yox, sadəcə bir döyüşü udmuşuq" Bu, müstəqillik dövründə Azərbaycan klublarının Rusiya təmsilçisi üzərində ilk qələbəsidir. Bu münasibətlə hamını təbrik edirəm. Ancaq hesab edirəm ki, biz müharibəni yox, sadəcə, bir döyüşü udmuşuq.
Futbol
26 İyul , 2019 00:20
Neftçinin prezidenti: Biz müharibəni yox, sadəcə bir döyüşü udmuşuq

"Bu, müstəqillik dövründə Azərbaycan klublarının Rusiya təmsilçisi üzərində ilk qələbəsidir. Bu münasibətlə hamını təbrik edirəm. Ancaq hesab edirəm ki, biz müharibəni yox, sadəcə, bir döyüşü udmuşuq".

"Report"un Tulaya ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, bunları "Neftçi"nin prezidenti Kamran Quliyev Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil edilən brifinqdə deyib.

- Bu sayda azarkeşin gəlməsi nə dərəcədə gözlənilməz idi?

- Gözlənilən idi. Onların bizi dəstəkləyəcəyindən xəbərimiz var idi. Sağ olsunlar, burda yaşayan soydaşlarımız da, Bakıdan gələn fanatlarımız da. “Neftçi” sevilən klubdur. Bu azarkeşlər 3000 km-lik yol qət edib, Moldovaya gediblərsə, bura niyə gəlməsinlər? Bilmək olmaz, bu mərhələni keçsək, bəlkə İsrailə də getdilər.

- Hər bir kəs oyundan əvvəl ürəyində bir proqnoz tutur. Kamran Quliyevin proqnozu necə idi?

- Açığı, heç-heçəni arzulayırdım. Bu, bir hədiyyədir, amma bu qələbə qeyri-adi hal deyil. Çünki biz zəif komanda deyilik.

- “Neftçi” Tulaya məlum səbəblərdən yorğun gəlmişdi...

- Futbolçularımız sərgilədikləri oyunla peşəkar olduqlarını sübuta yetirdilər. Bu cür hadisə istənilən klubun başına gələ bilərdi.

- Cari avrokubok mövsümündə “Neftçi” qol buraxmayan yeganə komandadı...

- Nəinki qol buraxmayan, keçirdiyi 3 oyunun hamısından qalib ayrılıb.

- Mərhələnin taleyi neçə faiz həll olunub?

- 50 faizi.

- Hər qələbə, hər keçilən mərhələ “Neftçi”nin büdcəsinin zənginləşməsi deməkdi. Mərhələ adlanacağı təqdirdə, yeni transferlər gözlənilirmi?

- “Neftçi” çətin dövr yaşadı. Hazırda bütün xərclərimizi yoluna qoymuşuq ki, nə mövsümün gedişatında, nə də sonra borclarımız olmasın. Ancaq bu mərhələni adlaya bilsək, ola bilər ki, dediyiniz istiqamətdə addım ataq.

Son xəbərlər

Orphus sistemi