"Neftçi"nin Müşahidə Şurasının üzvü vəfat edib

"Neftçi"nin Müşahidə Şurasının üzvü vəfat edib O, son aylarda 2 dəfə ürəktutma diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Futbol
9 Avqust , 2015 00:37
Neftçinin Müşahidə Şurasının üzvü vəfat edib

Bakı. 9 avqust. REPORT.AZ/ "Neftçi"nin Müşahidə Şurasının üzvü Mübariz Zeynalov vəfat edib. "Report"un məlumatına görə, M.Zeynalov uzun müddət müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

O, son aylarda 2 dəfə ürəktutma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sonuncu dəfə veteran futbolçunun vəziyyəti bir ay öncə pisləşib və komadan ayılmayıb.

Qeyd edək ki, Mübariz Zeynalov "Neftçi"nin 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazanmış heyətindəki futbolçulardan idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi