Yuxarı

"Neftçi"nin məşqçisi: "Vacib qələbə qazandıq"

​"Neftçi"nin məşqçisi: "Vacib qələbə qazandıq"

“Çətin oyun oldu, bunu hamı gördü. Futbolçulara təşəkkür edirəm, tapşırıqlarımıza əməl etdilər, mübarizə apardılar. Vacib qələbə qazandıq. Bütün azarkeşlərimizi təbrik edirəm”.

"Report"un məlumatına görə, bunları "Neftçi"nin məşqçisi Fizuli Məmmədov Premyer Liqanın XIV turunda səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

O, bildirib ki, baş məşqçi Roberto Bordin texniki zonada yer almasa da, öz tapşırıqların çatdıra bilib: "Baş məşqçimiz dəstəyini, tapşırıqlarını verirdi. Biz də onun tapşırıqlarına əməl etməyə çalışırdıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi