"Neftçi"nin legioneri Haiti millisindəki yubiley oyununda qol vurub

"Neftçi"nin legioneri Haiti millisindəki yubiley oyununda qol vurub Görüş 13:0 hesabı ilə yekunlaşıb
Futbol
11 Sentyabr , 2018 13:14
Neftçinin legioneri Haiti millisindəki yubiley oyununda qol vurub
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ “Neftçi" klubunun futbolçusu Soni Mustivar Haiti milli komandasının heyətində yubiley matçında qol vurub.

"Report" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2 ildən sonra dəvət aldığı yığmada 10-cu oyununda fərqlənib. CONCACAF Millətlər Liqasının Haiti – Sent-Martin matçında sonadək meydanda olan Mustivar 86-cı dəqiqədə komandasının 12-ci qolunu vurub. Görüş Haitinin 13:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Mustivar son olaraq 2016-cı ilin mayında Kolumbiyaya 1:3 hesabı ilə məğlub olduqları oyunda iştirak edib. O, yığmaya dönüşü qolla qeyd edib.

"Qarabağ" klubunun haitili legioneri Donald Geryə də Sent-Martinlə qarşılaşmada sona qədər meydanda olub.

Son xəbərlər

Orphus sistemi