"Neftçi"nin "Kəpəz"lə oyun üçün baş məşqçisi açıqlanıb

"Neftçi"nin "Kəpəz"lə oyun üçün baş məşqçisi açıqlanıb Komanda əvəzedici heyətdən Elşad Əhmədova tapşırılıb
Futbol
21 Avqust , 2017 16:56
Neftçinin Kəpəzlə oyun üçün baş məşqçisi açıqlanıb

Bakı. 21 avqust. REPORT.AZ/ "Neftçi” futbol komandası Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz”lə keçirəcəyi oyunun hazırlığına avqustun 22-də start verəcək. 

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, komandanı oyuna əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədov və əsas komandanın məşqçilər heyəti hazırlaşdıracaq.

Elxan Abdullayev baş məşqçi postundan istefa verdikdən sonra bu vəzifəyə müvəqqəti olaraq onlara həvalə edilib. 

Qeyd edək ki, "Neftçi” – "Kəpəz” matçı avqustun 25-də "Bakcell Arena”da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi