Yuxarı

"Neftçi"nin keçmiş futbolçusu Portuqaliyanın yüksək liqa klubu ilə müqavilə bağlayıb

Yeni komandamla ötən mövsüm çox yaxın olduğu Avropa Liqasına vəsiqə qazanmaq üçün kömək edəcəyəm

Bakı. 25 iyul. REPORT.AZ/ "Neftçi"nin keçmiş futbolçusu Aylton Ferreyra Silva Portuqaliyanın "Eştoril" klubuna keçib. "Report"un məlumatına görə, 21 yaşlı sol cinah oyunçusu Braziliya "Flüminense"sindən ilə 1 illik icarəyə götürülüb.

Braziliyalı müdafiəçi karyerasında ikinci dəfə legioner həyatı yaşayacaq. O, ötən mövsümü "Neftçi"də icarədə olub. 

Aylton Praya təmsilçisinin rəsmi saytına açıqlamasında yeni komandasına Avropa Liqasına vəsiqə qazanmağa yardımçı olacağını bildirib: "Burada çox yaxşı qarşılandım. "Eştoril"də yaxşı işlər görəcəyimizə ümidvaram. Özümü sürətli, fiziki cəhətdən güclü oyunçu sayır və hücumlara atılmağı sevirəm. Yeni komandama ötən mövsüm çox yaxın olduğu Avropa Liqasına vəsiqə qazanmaq üçün kömək edəcəyəm".

Qeyd edək ki, "Eştoril" Portuqaliya yüksək divizionunu 8-ci pillədə başa vurub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi