Elxan Məmmədov: "O stadionda oyunlar keçirilməyəcək"

Elxan Məmmədov: "O stadionda oyunlar keçirilməyəcək" Neftçinin keçmiş bazası adlanan olimpiya yığmalarının təlim-məşq bazasının futbol meydançasının istismar müddəti bitib.
Futbol
28 Yanvar , 2020 12:53
Elxan Məmmədov: O stadionda oyunlar keçirilməyəcək
Elxan Məmmədov / Report / Firi Salim

"Neftçi"nin keçmiş bazası adlanan olimpiya yığmalarının təlim-məşq bazasının futbol meydançasının istismar müddəti bitib".

"Report"un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. 

O bildirib ki, meydançanın örtüyünün dəyişdirilməsi ilə bağlı direktor Oqtay Abdullayevə müraciət olunub: "Qarşıdakı 4 ay müddətində örtük dəyişdirilməsə, orada Azərbaycan çempionatının oyunları keçirilməyəcək".

AFFA rəsmisi uşaq futbol liqalarındakı oyunların soyuq havada keçirilməsi fikri ilə razılaşmayıb: "Hazırda uşaq futbolu üzrə çempionat oyunları "Dalğa Arena"nın meydançalarında təşkil olunur. Lakin həmin məkanın da uzaqda yerləşdiyini deyirlər. Hər cümə axşamından hava proqnozuna baxırıq ki, həftəsonu hava necə olacaq. Hələ Bakıda temperatur heç 0 dərəcəyə çatmayıb".

Son xəbərlər

Orphus sistemi