Yuxarı

"Neftçi"nin futbolçusu: "Yaxşı nəticə əldə etməyə çalışacağıq"

"Neftçi"nin futbolçusu: "Yaxşı nəticə əldə etməyə çalışacağıq"

"Rəqib güclüdür. 90 dəqiqə mübarizə aparmağa hazırıq. Ötənilki səhvləri buraxmaq istəmirik".

"Report"un Moldovanın paytaxtı Kişineuya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Kiril Petrov deyib.

"Sperantsa" ilə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışan müdafiəçi bildirib ki, rəqibi yaxşı analiz ediblər və bu barədə danışmaq istəmirlər: "Baş məşqçi bizə onların zəif və güclü tərəflərini göstərib. Yaxşı nəticə əldə etməyə çalışacağıq".

Qeyd edək ki, "Sperantsa" - "Neftçi" matçı iyulun 11-də, Bakı vaxtı ilə saat 21:00-da "Zimbru" stadionunda başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi