"Neftçi"nin futbolçusu Türkiyə klubuna keçəcəyinə dair iddialara münasibət bildirib

"Neftçi"nin futbolçusu Türkiyə klubuna keçəcəyinə dair iddialara münasibət bildirib ​“Giresunspor”la bağlı variant maraqlıdır"
Futbol
4 Yanvar , 2018 10:12
Neftçinin futbolçusu Türkiyə klubuna keçəcəyinə dair iddialara münasibət bildirib

Bakı. 4 yanvar. REPORT.AZ/ “Giresunspor”la bağlı variant maraqlıdır. Səninlə başqa klubların maraqlanması hər zaman xoşdur”. “Report”un məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Kiril Petrov karyerasını Türkiyənin I Liqasında çıxış edən “Giresunspor”da davam etdirmə variantını footboom.com saytına dəyərləndirərkən deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, “Giresunspor”a keçməyin əleyhinə deyil. Onun fikrincə, Türkiyə çempionatı yetərincə səviyyəlidir: “Neftçi” ilə müqaviləmin müddəti 2018-ci ilin yayına qədərdir. “Giresunspor”la bağlı variant barədə menecerim Aleksandr Pankovdan soruşmaq lazımdır. O, daha çox məlumata malikdir. Hazırda “Neftçi”nin oyunçusuyam və komanda ilə təlim-məşq toplanışına gedirəm. Daha sonra nələrin baş verəcəyinə baxarıq. Türkiyə çempionatı yetərincə güclü turnirdir. “Giresunspor” I Liqada çıxış etsə də, komandanın qarşısında yüksək tapşırıqlar qoyulub”.

Qeyd edək ki, Kiril Petrov cari mövsüm "Neftçi”də 13 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi