Yuxarı

"Neftçi"nin futbolçusu: "Komanda şəklində oynamağa və qələbə qazanmağa çalışacağıq"

Araz Abdullayev: Bunun üçün də meydana çıxanda can qoymaq lazımdır

Bakı. 13 iyul. REPORT.AZ/ "Komanda şəklində oynamağa və qələbə qazanmağa çalışacağıq". 

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun futbolçusu Araz Abdullayev Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" komandası ilə keçirəcəkləri oyunöncəsi mətbuat konfransında bildirib. 

A.Abdullayev deyib ki, Maltanın "Baltsan" komandası ilə oyunun ilk hissəsində yaxşı oynayıblar: "Amma ikinci hissədə oyunu əldən verdik. Sabahkı oyunda bu səhvləri təkrarlamamağa çalışacağıq. İkinci mərhələni adlamaq istəyirik. Bu heyətlə də mərhələ keçməyin mümkün olduğunu düşünürəm. Komanda bunu istəməlidir və bunun üçün də meydana çıxanda can qoymaq lazımdır. Həm azarkeşləri, klubu, həm də özünü fikirləşməlisən. Erik Ramos, Nikolas Kanales komandadan getdi. Ancaq onların yerinə gələnlər də yaxşı oynayırlar. Topla düzgün rəftar edirlər. Düşünmürəm ki, yerləri o qədər də görünür. Rəqibin oyununu izləmişik. Bu komandanı udmaq olmaz deyə bir şey yoxdur. Yaxşı hazırlıq sayəsində istənilən nəticəni qazanmaq olar. Oyunumuzu meydanda göstərə bilərik. Sabah qələbə qazanmaq komandadakı özünəinamı daha da artıracaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi