"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb Vladimir Vayss Georgi Navalovski və Nika Kvekveskiriyə dəvət göndərib
Futbol
25 May , 2017 23:55
Neftçinin futbolçusu Gürcüstan yığmasına dəvət alıb
Courtesy İmage

Bakı. 25 may. REPORT.AZ/ Gürcüstan milli komandasının Sent-Kitts və Nevis yığması ilə yoldaşlıq görüşü, eləcə də Moldova ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçi Vladimir Vayss 25 futbolçuya dəvət göndərib.

Onların arasında "Neftçi"nin müdafiəçisi Georgi Navalovski və "Qəbələ"dən ayrılaraq, Qazaxıstan "Tobol"u ilə müqavilə bağlayan Nika Kvekveskiri də var. Ümumilikdə dəvətlilərdən yalnız 3-ü Gürcüstan klublarında çıxış edir.

Qeyd edək ki, yoldaşlıq görüşü iyunun 7-də Tbilisidə, rəsmi matç isə iyunun 11-də Kişinyovda olacaq.

Son xəbərlər

Orphus sistemi