"Neftçi"nin futbolçusu bir ay müddətinə sıradan çıxıb

"Neftçi"nin futbolçusu bir ay müddətinə sıradan çıxıb Bakı. 15 iyul. REPORT.AZ/ Macarıstan Uypeşti ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda zədələnən Neftçinin futbolçusu Namik Ələskərov ən azı bir ay müddətinə sıradan çıxıb.
Futbol
15 İyul , 2018 00:38
Neftçinin futbolçusu bir ay müddətinə sıradan çıxıb

Bakı. 15 iyul. REPORT.AZ/ Macarıstan "Uypeşt"i ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov ən azı bir ay müddətinə sıradan çıxıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu, 23 yaşlı yarımmüdafiəçinin təkrar tibbi müayinəsindən sonra müəyyənləşib. Ələsgərov bir aydan sonra fərdi məşqlərin ardından kollektiv çalışmalara qoşula biləcək.

Qeyd edək ki, Namik Ələskərov "Uypeşt”lə matçın ilk hissəsində zədələnərək əvəzlənib. İyulun 13-də ilkin tibbi baxışdan sonra Ələskərovun sol dizində ön çarpaz bağın gərildiyi və hissəvi qopma olduğu müəyyənləşib. Bakıdakı "Dalğa Arena"da keçirilmiş qarşılaşma "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü iyulun 19-da Budapeştdə olacaq. 

Son xəbərlər

Orphus sistemi