"Neftçi"nin çilili futbolçusu: "Səbail" üzərində qələbə yubileyim üçün ən böyük hədiyyə olar” - VİDEO

"Neftçi"nin çilili futbolçusu: "Səbail" üzərində qələbə yubileyim üçün ən böyük hədiyyə olar” - VİDEO ​"Səbail"ə birinci dövrədəki məğlubiyyət bizə böyük zərbə idi"
Futbol
14 Oktyabr , 2017 15:10
Neftçinin çilili futbolçusu: Səbail üzərində qələbə yubileyim üçün ən böyük hədiyyə olar” - VİDEO

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Səbail"ə birinci dövrədəki məğlubiyyət bizə böyük zərbə idi. Oyunun sonunda qapımızda qol gördük və uduzduq. Halbuki qalib gələcəyimizi gözləyirdik. Sabahkı matça revanş kimi baxırıq və çox yaxşı hazırlaşmışıq”. 

“Report” xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu İqnasio Errera klubun telekanalına açıqlamasında deyib.

Çilili yarımmüdafiəçi ötən tur "İnter" üzərində əldə edilən qələbənin davamını gətirməyə çalışacaqlarını söyləyib. O, üç xala çox ehtiyaclarının olduğunu və qalib gəlmək üçün əllərindən gələni edəcəklərini deyib.

Bu gün 30 yaşı tamam olan İ.Errera oktyabrın 15-də Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində qarşılaşacaqları "Səbail" üzərində qələbənin onun yubileyi üçün ən böyük hədiyyə olacağını bildirib: "Neftçi"nin 80 illik yubileyinin mənim 30 illiyimlə üst-üstə düşməsi çox xoş təsadüfdür. Həyatımın əlamətdar gününü belə bir köklü klubda qeyd etmək mənim üçün böyük qürurdur. "Səbail" üzərində qələbə yubileyim üçün ən böyük hədiyyə olar”.

Qeyd edək ki, “Neftçi” oktyabrın 13-də İqnasio Errera və Uqo Barqasla müqavilənin müddətini cari mövsümün sonunadək uzadıb. 

Son xəbərlər

Orphus sistemi