"Neftçi"nin bürünc heyətindən daha bir futbolçu dünyasını dəyişib

"Neftçi"nin bürünc heyətindən daha bir futbolçu dünyasını dəyişib Valeri Hacıyev Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq
Futbol
8 Yanvar , 2016 15:22
Neftçinin bürünc heyətindən daha bir futbolçu dünyasını dəyişib

Bakı. 8 yanvar. REPORT.AZ/ "Neftçi" klubunun veteran futbolçusu Valeri Hacıyev 75 yaşında ikən vəfat edib. Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. 

Onun sözlərinə görə, V.Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mərhum yanvarın 9-da Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq. 

Qeyd edək ki, Valeri Hacıyev "Neftçi"nin 1966-cı il SRRİ çempionatında bürünc medal qazanan heyətində yer alıb. Hazırda həmin heyətdən yalnız Kazbek Tuayevlə Yaşar Babayev qalıb. V.Hacıyev baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında çalışıb. 

Son xəbərlər

Orphus sistemi