“Neftçi”nin baş məşqçisi: “Şalke” ilə oyundan razı qaldım”

“Neftçi”nin baş məşqçisi: “Şalke” ilə oyundan razı qaldım” “Bu, təlim-məşq toplanışının ən vacib oyunlarından biri idi"
Futbol
27 İyul , 2017 17:00
“Neftçi”nin baş məşqçisi: “Şalke” ilə oyundan razı qaldım”

Bakı. 27 iyul. REPORT.AZ/ “Matç çox ağır keçdi. Hava şəraitinə baxmayaraq, oyundan razı qaldım”. 

“Report”un məlumatına görə, bunu Avstriya toplanışı çərçivəsində Almaniya təmsilçisi “Şalke”yə yoxlama matçında 0:1 hesabı ilə uduzan “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

Klub telekanalına müsahibə verən 47 yaşlı mütəxəssis bildirib ki, Bundesliqada çıxış edən “Şalke” ilə rəsmi matçda üz-üzə gəlməyi arzulayır: “Uşaqlar çox yaxşı çıxış etdilər. Arzum budur ki, bugünkü rəqiblə yoldaşlıq görüşündə deyil, rəsmi qarşılaşmada görüşək”.

“Neftçi”nin çilili futbolçusu İqnasio Errera da rəqibin səviyyəsinə diqqət çəkib: “Bu, təlim-məşq toplanışının ən vacib oyunlarından biri idi. Bizim üçün yaxşı təcrübə oldu. Güclü yağış yağması oyunumuza çətinlik yaradırdı. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyi bacardıq. Artıq növbəti iki oyuna hazırlaşmalıyıq. “Şalke” asan rəqib deyil. Almaniya Bundesliqasında yüksək yerlər uğrunda mübarizə aparan komandadır. İkinci hissədə bərabərlik qolunu vurmaq üçün bir neçə imkanımız oldu, amma istifadə edə bilmədik. Burada rəqibin ustalığı da öz sözünü dedi”.

Qeyd edək ki, “Neftçi” - “Şalke” oyununun taleyini Bernhard Tekbeteyin 27-ci dəqiqədə vurduğu qol həll edib.

Son xəbərlər

Orphus sistemi