“Neftçi”nin baş məşqçisi: “Bu, komandamın tam potensialı deyil”

“Neftçi”nin baş məşqçisi: “Bu, komandamın tam potensialı deyil” “Çətin olacağını bildyimiz üçün oyuna ciddi hazırlaşmışdıq və rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik. Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik”.
Futbol
16 Fevral , 2020 21:19
“Neftçi”nin baş məşqçisi: “Bu, komandamın tam potensialı deyil”

“Çətin olacağını bildyimiz üçün oyuna ciddi hazırlaşmışdıq və rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik. Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov evdə “Keşlə”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bu postda çalışdığı 3 oyunun hər birində hücum xəttində müxtəlif gedişlər etməsinin səbəbini belə izah edib:

“Oyunları analiz edirik. Hansı matçlarda səhv cəhətlər olduqda ona uyğun kimin daha hazırlıqlı olduğunu nəzərə alıb heyəti qururuq. Mən bura yeni gəlmişəm. Düzdür, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Amma deməzdm ki, bu, onların tam potensialıdır. İşləyəcəyik və daha yaxşı futbol sərgiləməyə çalışacağıq”.

Son xəbərlər

Orphus sistemi