"Neftçi"nin azarkeşini döyən futbolçusu üzr istəyib

"Neftçi"nin azarkeşini döyən futbolçusu üzr istəyib "Onun "Qarabağ" fanatı olduğunu düşünürdüm"
Futbol
26 Oktyabr , 2016 12:04
Neftçinin azarkeşini döyən futbolçusu üzr istəyib

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Neftçi"nin futbolçusu Katalin Tira "Qarabağ"la Azərbaycan Premyer Liqasının IX tur matçında azarkeşi vurduğu üçün üzr istəyib.

"Report"un məlumatına görə, rumıniyalı hücumçu şəxsi "Facebook" səhifəsi vasitəsilə tutduğu hərəkətindən peşmançılıq hissi keçirdiyini açıqlayıb.

"Dünən baş verənlərdən həqiqətən də üzgünəm. Bunu komanda yoldaşımı müdafiə məqsədilə etmişdim. Bilmirdim ki, bizim azarkeşdir. Onun "Qarabağ" fanatı olduğunu düşünürdüm" yazan 22 yaşlı forvard azərbaycanca "Üzr istəyirəm" sözlərini də əlavə edib.

Qeyd edək ki, Katalin Tira "Qarabağ"la Azərbaycan Premyer Liqasının IX tur matçının uzatma dəqiqələrində meydana girən "Neftçi" azarkeşini vurub. Baş hakim Ramil Diniyev Tiraya qırmızı vərəqə göstərib. Klub rəhbərliyi isə onu məşqlərdən kənarlaşdırıb. 

Son xəbərlər

Orphus sistemi