"Neftçi"nin Avropa Liqasındakı rəqibi təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb

"Neftçi"nin Avropa Liqasındakı rəqibi təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb Bakı. 25 iyun. REPORT.AZ/ Neftçi klubunun Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Macarıstan Uypeşti təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.
Futbol
25 İyun , 2018 16:28
Neftçinin Avropa Liqasındakı rəqibi təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb

Bakı. 25 iyun. REPORT.AZ/ "Neftçi" klubunun Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Macarıstan "Uypeşt"i təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Neboyşa Vineviç iyulun 4-dək davam edəcək hazırlıq prosesinə 23 futbolçu cəlb edib.

Komanda toplanışa 2 yeni transferini də aparıb. Bunlar Macarıstan "Haladas"ının futbolçusu Angel Jolts və Fransa "Genqam"ından İdrissa Manedir. Baş məşqçi həmçinin zədə səbəbindən Devid Mol, Kris Saymon və Vinsent Ononu hazırlıq prosesinə cəlb etməyib. 

"Uypeşt" təlim məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyunun 30-da Çexiyanın "Trşinets", iyulun 4-də isə Xorvatiyanın "İnter" (Zapreşiç) komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində "Uypeşt"lə ilk oyunu iyulun 12-də "Dalğa Arena"da keçirəcək. Qarşılaşma saat 21:00-da başlanacaq. Cavab görüşünün vaxtı isə bəlli deyil.

Son xəbərlər

Orphus sistemi