Yuxarı

"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi qapıçısı ilə vidalaşıb

"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi qapıçısı ilə vidalaşıb
Sevilyanın oyunçusu Xetafeyə keçib

Bakı. 14 iyul. REPORT.AZ/ İspaniyanın "Sevilya" klubu qapıçısı David Soriyanın "Xetafe"yə transferinə dair prinsipial razılıq əldə edib. 

"Report"un əndəlüslülərin rəsmi saytına istinadən verdiyi məlumata görə, keçidin yekunlaşması üçün Soriya yeni komandasında tibbi müayinədən keçməlidir. 25 yaşlı qolkiperlə "Xetafe" arasında müqavilə 4 il müddətinə nəzərdə tutulub. Lakin "Sevilya" 2 ildən sonra müəyyən şərtlərlə qapıçısını özünə qaytara bilər.  

İspaniyalı qapıçı klubunu 5 ildən sonra dəyişib. O, 2015-2016 mövsümündə Avropa Liqasının qalibi olsa da, ötən 2 mövsümdə zədə üzündən istədiyi kimi çıxış edə bilməyib. O, 2017-2018 mövsümündə La Liqada 15, İspaniya Kubokunda 3, Çempionlar Liqasında 2 oyuna çıxıb. 

Soriya "Xetafe"də Visente Quaytanın əvəzləyicisi olacaq. Quayta yayda İngiltərə "Kristal Pelas"ına azad agent kimi keçib. Əvəzində İsveçrə "Bazel"indən çexiyalı Tomas Vatslik alınıb. 

Qeyd edək ki, "Sevilya" 2018-2019 mövsümündə də Avropa Liqasında çıxış edəcək. İspaniya təmsilçisi "Neftçi" (Azərbaycan) - "Uypeşt" (Macarıstan) cütünün qalibi ilə Avroliqanın II təsnifat mərhələsində qarşılaşacaq. İlk görüşdə "Neftçi" "Uypeşt"i 3:1 hesabı ilə yenib. Cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi