Yuxarı

"Neftçi"nin 5, "Qarabağ"ın isə 3 futbolçusu rəmzi komandaya seçilib

"Neftçi"nin 5, "Qarabağ"ın isə 3 futbolçusu rəmzi komandaya seçilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun rəmzi komandası müəyyənləşib. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlili əsasında "11-liy"ə "Neftçi"dən 5, "Qarabağ"dan 3, "Keşlə", "Sabah" və "Sumqayıt"dan isə hərəyə 1 oyunçu daxil edilib. 

VIII turun ən yaxşı oyunçusu "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev olub. 

Qapıçı: Səlahət Ağayev - 271 (“Neftçi”)

Müdafiəçilər: Təmkin Xəlilzadə - 305 (“Sabah”) - 2, Kiril Petrov – 263 (“Neftçi”), Franko Flores - 258 (“Keşlə”) - 3, Maksim Medvedev - 273 (“Qarabağ”)

Yarımmüdafiəçilər: Baqali Dabo – 302 (“Neftçi”), Qara Qarayev - 258 (“Qarabağ”) - 2, Rəhman Hacıyev - 318 (“Neftçi”), Dani Kintana – 300 (“Qarabağ”) - 3

Hücumçular: Stiven Monroz - 295 (“Neftçi”) - 3, Mehdi Şərifi - 248 (“Sumqayıt”) - 2

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi