"Neftçi” komandasının hazırlıq planı müəyyənləşib

"Neftçi” komandasının hazırlıq planı müəyyənləşib “Ağ-qaralar” iyulun 24-də Avstriyaya yollanacaq
Futbol
19 İyun , 2017 17:45
Neftçi” komandasının hazırlıq planı müəyyənləşib

Bakı. 19 iyun. REPORT.AZ/ "Neftçi” futbol komandasının yay hazırlıq planı müəyyənləşib. “Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq “ağ-qaralar” iyulun 24-də ölkə xaricinə yollanacaq.

Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Almaniyanın "Şalke” klubuna qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2 - 3-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi