Yuxarı

“Neftçi” klubunun “Neftçili Yay” futbol düşərgəsi start götürüb

​“Neftçi” klubunun “Neftçili Yay” futbol düşərgəsi start götürüb

Bu gün “Neftçi” klubunun “Neftçili Yay” futbol düşərgəsi start götürüb.

"Report" xəbər verir ki, sosial layihə “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, futbolun kütləviləşdirilməsi, sağlam həyat tərzinin aşılanması məqsədilə məktəblilər arasında təşkil olunub. Layihə 3 qrupdan ibarət olacaq. 1-ci qrupda tədbir iyunun 19-dək, 2-ci qrupda ayın 20-dən 22-dək, 3-cü qrupda isə 24-dən 26-dək baş tutacaq.

İkinci dəfə keçirilən düşərgədə hər qrupun ilk iki günündə səhər və günorta proqramına müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Üçüncü gün isə düşərgədə iştirak edən uşaqlara “Neftçi" klubu tərəfindən sertifikatlar və hədiyyələr veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi