Yuxarı

"Neftçi" klubunun baş meneceri komanda ilə yollarını ayırıb

"Neftçi" klubunun baş meneceri komanda ilə yollarını ayırıb

Bakı. 8 iyun. REPORT.AZ/ "Neftçi"nin baş meneceri Eldəniz Yusifov klubla yollarını ayırıb. 

"Report"un məlumatına görə, bu barədə E.Yusifovun özü sosial şəbəkə vasitəsilə bildirib. 

"Bu gün bir ildən artıq çalışdıgım "Neftçi" PFK-dan ayrıldım. Bu nə qədər üzücü olsa da, artıq hər şey geridə qaldı. Bu müddət ərzində birgə çalışdığım rəhbərliyə, kollektivin hər bir üzvünə, futbolçu və məşqçi heyətinə təşəkkürümü bildirirəm. Ürəyində "Neftçi" sevgisi olan azarkeşlərə isə xüsusi təşəkkür düşür. "Neftçi"yə Avropa Liqasının oyunlarında və növbəti çempionatda ugurlar və böyük qələbələr arzulayıram", - E.Yusifov bildirib. 

Qeyd edək ki, Eldəniz Yusifov 2017-ci ilin iyununda "Neftçi"nin baş meneceri vəzifəsinə təyin olunmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi