“Neftçi” klubunun Avropa Liqasına hazırlıq proqramı müəyyənləşib

“Neftçi” klubunun Avropa Liqasına hazırlıq proqramı müəyyənləşib Bakı. 11 iyun. REPORT.AZ/ “Neftçi” futbol klubunun 2018/2019 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib.
Futbol
11 İyun , 2018 15:12
“Neftçi” klubunun Avropa Liqasına hazırlıq proqramı müəyyənləşib

Bakı. 11 iyun. REPORT.AZ/ “Neftçi” futbol klubunun 2018/2019 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda istirahətdə olan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.

“Neftçi” iyunun 22-dək paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində "ağ-qaralar" 4 yoxlama görüşü keçirəcək. Rəqiblərin adları hələlik açıqlanmır. 

Qeyd edək ki, "Neftçi" 2018-2019 mövsümündə Avropa Liqasında mübarizə aparacaq. I təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi