Yuxarı

"Neftçi" klubuna 3 əcnəbi futbolçu baxışa gəlib

Oyunçulardan biri qapıçı, ikisi isə yarımmüdafiəçidir

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Neftçi” heyətini gücləndirmək üçün yeni futbolçuları baxışa çağırıb. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, futbolçuların hər 3-ü legionerdr. 

Baxışda olanlardan biri qapıçı, ikisi isə yarımmüdafiəçidir. 31 yaşlı serbiyalı qapıçı Boban Baykoviç "Srvena Zvezda", "Yedinstvo", "Radniçki", "Rad", "Smederevo", "Srem Mitrovitsa" klubları, eləcə də Çernoqoriya "Lovçen"i və Belçika "Lyers"inin qapısını qoruyub.

Latviyalı yarımmüdafiəçi Aleksandrs Fertovs Latviyanın "Olimp” və "Skonto”, Ukraynanın "Sevastopol” və Polşanın "Korona” klublarında çıxış edib. 29 yaşlı futbolçu Latviya milli komandasının heyətində 35 oyunda meydana çıxıb.

Braziliyalı futbolçu Jonas Enrike Pessalli isə "Qremio”nun yetirməsidir. 26 yaşlı yarımmüdafiəçi Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarının da şərəfini qoruyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi