​"Neftçi" klubu Ernest Nforla müqaviləyə xitam verib

​"Neftçi" klubu Ernest Nforla müqaviləyə xitam verib Klub yeni transferə hazırlaşır
Futbol
19 Avqust , 2015 14:26
​Neftçi klubu Ernest Nforla müqaviləyə xitam verib

Bakı. 19 avqust. REPORT.AZ/ "Neftçi" klubu futbolçusu Ernest Nforla olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. "Report"un məlumatına görə, müqaviləyə əsasən, Nfor 2016-cı ilə qədər paytaxt təmsilçisinin heyətində çıxış etməli idi.

Klubun yaydığı rəsmi məlumatda bildirilib ki, kamerunlu futbolçu ilə danışıqlar iki ay öncə başlayıb. Lakin futbolçu ilə bağlanmış müqavilə şərtlərinin "Neftçi" üçün əlverişsiz olması prosesin vaxtını uzadıb. Belçikalı Emil Mpenzanın işində kluba yaxından köməklik göstərən vəkillərin də işə cəlb edilməsi məsələni klubun xeyrinə həll edib.

"Neftçi" klubu ötən mövsüm 19 oyunda ümumiyyətlə meydana çıxmayan Nforun əvəzinə yeni transferə hazırlaşır.

Son xəbərlər

Orphus sistemi