Yuxarı
    Bağlamaq

    ​"Neftçi" klubu Avroliqa üçün iştirak ərizəsini UEFA-ya göndərib

    Ərizədə 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 1-i hücumçu olmaqla 22 futbolçu yer alıb

    Bakı. 21 iyun. REPORT.AZ/ "Neftçi” klubu Avropa Liqasının ilk mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. 

    "Report"un məlumatına görə, ərizədə 22 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 1-i hücumçudur.

    Qapıçılar: 44.Sənan Əlizadə, 53.Maksim Vaylo, 66.Kamran İbrahimov.

    Müdafiəçilər: 3.Jairo Rodriges, 4.Rahil Məmmədov, 22.Vançe Şikov, 26.Kamal Qurbanov, 27.Məqsəd İsayev, 30.Dario Melnyak, 41.Ömər Buludov, 95.Elvin Bədəlov.

    Yarımmüdafiəçilər: 7.Araz Abdullayev, 8.Elşən Abdullayev, 10.Cavid İmamverdiyev, 13.Murad Ağayev, 17.Rəhman Hacıyev, 19.Fəhmin Muradbəyli, 21.Aqşin Qurbanlı, 45.Kamran Nəcəfzadə, 80.Edson Kastilyo, 88.Orxan Qurbanlı.

    Hücumçu: 11.Ruslan Qurbanov.

    Qeyd edək ki, ilk matçın başlanmasına 24 saat qalmışadək iştirak ərizəsinə daha bir futbolçunun adını əlavə etmək mümkündür. Bununla yanaşı, sifariş ərizəsinə son iki ildə klubda qeydiyyatda olan və yaşı 21-dən çox olmayan futbolçular daxil edilə bilər.

    "Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsində Maltanın "Baltsan” klubu ilə qarşılaşacaq. İlk oyun iyunun 30-da səfərdə, cavab görüşü iyulun 7-də "Bakcell Arena”da baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi