"Neftçi" yeni transferini açıqlayıb - VİDEO - YENİLƏNİB

"Neftçi" yeni transferini açıqlayıb - VİDEO - YENİLƏNİB Bakı. 2 fevral. REPORT.AZ/ Neftçi” klubu yeni hücumçu transfer edib.
Futbol
2 Fevral , 2019 16:23
Neftçi yeni transferini açıqlayıb - VİDEO - YENİLƏNİB

Bakı. 2 fevral. REPORT.AZ/ "Neftçi” klubu yeni hücumçu transfer edib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı hücumçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlanıb. 31 yaşlı forvard yeni komandasının heyətində 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu Novara (2016-2019) olan Sansone İtaliyanın "Montorio” (2005-2006), "Peşina” (2006-2008), "Syena” (2008-2010), "Qallipoli” (2009), "Lançano” (2009-2010), "Frosinone” (2010-2011), "Sassuolo” (2011-2012), "Torino” (2012-2013), "Sampdoriya” (2013-2016), "Bolonya” (2015), "Bari” (2015-2016) klubarında da çıxış edib.


*** 09:01

"Neftçi" klubu heyətinə daha bir futbolçu qatmağa çox yaxındır. 

"Report" "Alfredopedulla.com" saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi italiyalı hücumçu Canluka Sansoneni heyətinə qatacaq. 

32 yaşlı oyunçu tibbi müayinədən keçəndən sonra flaqmanla müqavilə imzalayacaq. Onun sözləşməsi 2020-ci ilə qədər nəzərdə tutulacaq. 

Qeyd edək ki, Canluka Sansone karyerası ərzində İtaliyanın "Sampdoriya", "Torino", "Sassuolo" və "Bolonya" kimi klublarında çıxış edib. "Neftçi"nin baş məşqçisi Roberto Bordin də italiyalıdır. 

Son xəbərlər

Orphus sistemi