"Neftçi" - "İnter" oyunu FİFA referisinə tapşırılıb

"Neftçi" - "İnter" oyunu FİFA referisinə tapşırılıb Azərbaycan Premyer Liqasında XVII turun təyinatları açıqlanıb
Futbol
8 Fevral , 2017 12:09
Neftçi - İnter oyunu FİFA referisinə tapşırılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XVII turun təyinatları açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün start götürəcək turun mərkəzi qarşılaşması sayılan “İnter” - “Neftçi” görüşü FİFA referisi Əliyar Ağayevə həvalə olunub.

Azərbaycan Premyer Liqası, XVII tur

8 fevral (çərşənbə)

15:00. “Qəbələ” – AZAL

Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Vaqif Musayev

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Rövşən Əhmədov

Qəbələ şəhər stadionu

17:30. “Qarabağ” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cəmil Quliyev, Fariz Yusifov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Şaiq Həmidov

“Azərsun Arena”

9 fevral (cümə axşamı)

15:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Kapital Bank Arena"

17:30. “İnter” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Vüsal Əliyev

“İnter Arena”

Son xəbərlər

Orphus sistemi