Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna start verilib.
"Report" xəbər verir ki, turun ilk oyun günü "Neftçi" doğma meydanda "Rəvan"ı qəbul edib.
Hesabı ilk olaraq qonaqlar açıb. Oyunun sonlarına yaxın flaqman məğlubiyyətdən yaxa qurtara bilib - 1-1. Matçın son dəqiqələrində hər iki komanda azlıqda qalıb.
Azərbaycan Premyer Liqası, XX tur
"Neftçi" - "Rəvan" - 1-1
Qollar: Ceyhun Abdullayev, 48 [0-1], Rodriges Filyo Jairo, 83 [1-1].