Yuxarı

"Neftçi"dən Rusiya klubuna: "Samovarımızı özümüzlə gətirə bilərik?"

"Neftçi"dən Rusiya klubuna: "Samovarımızı özümüzlə gətirə bilərik?"

UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq “Neftçi” və Rusiyanın “Arsenal” klubları arasında yazışma olub.

“Report” xəbər verir ki, bakılılar “Twitter”də rəqibini salamlayaraq sual veriblər: “Samovarımızı özümüzlə gətirə bilərik?” Tula təmsilçisinin cavabı isə belə olub: “Samovarı götürün, pryaniklə biz təmin edərik”.

Qeyd edək ki, ilk oyun iyulun 25-də samovarları ilə məşhur olan Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi