Yuxarı
    Bağlamaq

    "Neftçi"dən ayrılan braziliyalı futbolçunun yeni komandası müəyyənləşib

    Jonas Pessalli Braziliyada çıxış edəcək

    Bakı. 11 yanvar. REPORT.AZ/ Bakının "Neftçi" klubu ilə qış fasiləsində yollarını ayıran futbolçu Jonas Pessallinin yeni komandası müəyyənləşib.

    "Report"un məlumatına görə, braziliyalı yarımmüdafiəçi vətənində B divizionunda çıxış edən "Parana" klubunun formasını geyinəcək. İyirmi yeddi yaşlı oyunçu ilə bağlanan müqavilənin müddəti açıqlanmır. Son mövsümdə "Parana" çempionatı 41 xalla 15-ci pillədə başa vurub.

    Qeyd edək ki, karyerası ərzində Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarında çıxış edən Jonas Pessalli "Neftçi"yə 2016-cı ilin oktyabrında keçib. Lakin qış fasiləsində futbolçu kluba müraciət edərək komandadan ayrılmaq istədiyini deyib və qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi