"Neftçi"dən ayrılan futbolçu: "2-3 təklifim var"
Futbol
- 19 iyun, 2020
- 13:13
Tural Axundov
"Neftçi" ilə müqaviləm başa çatdı. Qarşılıqlı razılıq əsasında sözləşmənin müddətini uzatmamağa qərar verdik".
Bu fikirləri "Report"a açıqlamasında bu gün "Neftçi" ilə yollarını ayıran Tural Axundov deyib.
Komandadan gedişi barədə danışan 32 yaşlı futbolçu qərarın onun üçün gözlənilməz olduğunu bildirib: "Hər bir baş məşqçinin öz fikri var. Qərara hörmətlə yanaşıram. Başqa heç bir söz deyə bilmərəm".
Təcrübəli müdafiəçi 2-3 klubdan təklif aldığını söyləyib: "Hamısı yerli klublardır. Variantları dəyərləndirdikdən sonra yekun qərarımı verəcəyəm".
Qeyd edək ki, Tural Axundov "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 41 oyunda meydana çıxıb, 1 qol vurub.
Son xəbərlər
14:28
Azərbaycan və İsrail arasında Anlaşma Memorandumu imzalanıb - YENİLƏNİB
Biznes14:27
Foto
Növbəti köç Badara və Seyidbəyli kəndlərinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2
Daxili siyasət14:19
Amnistiya aktı indiyədək 12 mindən çox şəxsə tətbiq olunub
Hadisə14:15
Badara sakini: Buraları yenidən qurub-yaratmalıyıq
Daxili siyasət14:09
Foto
Dünya Bankı ilə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub
Maliyyə13:57
"Sabah" Ayaz Quliyevin komandadan ayrılmasının səbəbini açıqlayıb
Futbol13:47
Ceyhun Bayramov: Azərbaycan və İsrail Mərkəzi Asiya bazarlarına birgə çıxış perspektivlərini qiymətləndirib
Biznes13:43
Slovakiyalı hakim cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək
Futbol13:35