"Neftçi" çempionluq uğrunda mübarizədə vacib xal itirib

"Neftçi" çempionluq uğrunda mübarizədə vacib xal itirib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
Futbol
14 Aprel , 2019 19:57
Neftçi çempionluq uğrunda mübarizədə vacib xal itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

"Report"un məlumatına görə, həftənin son oyunu "ASCO Arena"da baş tutub.

Burada "Səbail" "Neftçi"ni qəbul edib.

Oyunda hesabı 50-ci dəqiqədə qonaqlar açıb. "Neftçi"nin heyətində Mirabdulla Abbasov fərqlənib. Fasilədən sonra meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevin əvəzetməsi uğurlu olub. Fəhmin Muradbəylini yerinə meydana girən Ədilxan Qarəhmədov 81-ci dəqiqədə bərabərlik topunu vurub. Bundan 4 dəqiqə sonra isə Ağabala Ramazanov meydan sahiblərini önə çıxardıb. Lakin 90+5-ci dəqiqədə Mamamdu Mboc bərabərlik qolunu vurub.

Final fitindən sonra hakimə iradını bildirən "Səbail"in qapıçısı Aleksandr Rıbka qırmızı vərəqə alıb.

Bu heç-heçədən sonra xalını 35-ə çatdıran "Səbail" 3-cü pillədə qalıb. Çempionluq yolunda ciddi zərbə alan "Neftçi" isə 52 xalla 2-cidir. Lider "Qarabağ" 54 xala malikdir.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Sabah"ı 3, "Zirə" isə "Sumqayıt"ı 2 cavabsız qolla məğlub edib. Bu gün keçirilən "Keşlə" - "Qəbələ" görüşündə qonaqlar qələbə qazanıb - 2:1.

Son xəbərlər

Orphus sistemi