Neftçi" "ASAN məktub" layihəsinə qoşulub

Neftçi" "ASAN məktub" layihəsinə qoşulub Bakı. 11 dekabr. REPORT.AZ/ Neftçi” klubu daha bir sosial layihəyə qoşulub.
Futbol
11 Dekabr , 2017 16:13
Neftçi ASAN məktub layihəsinə qoşulub

Bakı. 11 dekabr. REPORT.AZ/ "Neftçi” klubu daha bir sosial layihəyə qoşulub.

“Report” paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan sosial layihə - "ASAN məktub”la uşaqların arzularını həyata keçirəcək.

Komandanın futbolçuları yeni il ərəfəsində "ASAN məktub" portalına (asanmektub.az) müraciət edən 10 uşağı seçərək onlarla görüşəcəklər. "Bakcell Arena"da baş tutacaq görüşdə uşaqlar komandanın ev oyunlarını keçirdiyi stadionla tanış olub, "Neftçi"nin muzeyini ziyarət edəcəklər.

Sonda əsas komandanın futbolçuları seçdikləri uşaqlara yeni il hədiyyələri təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi